Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin vəfatından 15 il keçir

12.12.2018

ŞƏMKİRLİLƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ TƏR ÇİÇƏKLƏRLƏ BÜRÜDÜLƏR Dekabrın 12-də Şəmkirdə ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi. Rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Şəmkir şəhərinin mərkəzində yerləşən ümummilli liderin abidəsini ziyarət etdi və abidənin önünə gül dəstələri qoydu. Sonra icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri və on minlərlə şəmkirli abidənin önünə gül dəstələri düzdülər. Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynamışdır. Respublikamız öz dövlət müstəqilliyi üçün məhz ulu öndərə borcludur. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması üçün qlobal işlər gördü. Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır.

 

2.6 MB

 

2.5 MB

 

2.5 MB