Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünü daşkəsənlilər dərin məhəbbət və ehtiramla yad ediblər.

12.12.2018

Bu gün Azərbaycan xalqının xilaskarı, dünya şöhrətli siyasi xadim,xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünü daşkəsənlilər dərin məhəbbət və ehtiramla yad ediblər. 
Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə rayon mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha da nümayiş etdiriblər. 
Gülqoyma mərasimindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbir iştirakçıları ilə birgə rayonun Heydər Əliyev Mərkəzinə baş çəkərək burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçiriblər.

 

288.6 KB

 

224.2 KB

 

216.4 KB