Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“O Kürün, Arazın Tərtəriyəm mən” Aşıq Şəmşir 125

21.12.2018

“O Kürün, Arazın Tərtəriyəm mən”
20.12.2018-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi,Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Əhməd Cavad adına Mədəniyyət Mərkəzində Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin anadan olmasının 125 illiyi münasibəti ilə “O Kürün, Arazın Tərtəriyəm mən” adlı ədəbi- bədii gecə keçirildi. Gecədə Şəmkir aşıqları, Gədəbəy aşıqları,bədii qiraət ustaları və məktəblilər Dədə Şəmşirin qoşmalarını və təcnislərini ifa etdilər. Tədbir iştirakçılarına Dədə Şəmşirə aid slayd təqdim olundu.
Tədbirin sonunda “Dədə Şəmşir 125” başlıqlı kitab sərgisinə baxış keçirildi.

 

3.3 MB

 

2.7 MB

 

2.9 MB