Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regionumuz

24.12.2018

Şəmkir şəhərində “İstiqlal parkı”nda yerləşən bu kompozisiyanı rayon əhalisi yaxşı tanıyır,amma çox az adam bilir ki, royal arxasında oturan dahi bəstəkar Üzeyir Hacıbəyli və yanında dayanan, əslən şəmkirli söz ustadı Əhməd Cavadın və Azərbaycan himninə ucaldılmış bu sənət əsərinin müəllifi 2000-ə yaxın əsərin müəllifi olan heykəltəraş , əməkdar rəssam Azad Əliyevdir.
Abidəyə heyran olmamaq mümkün deyildir. Qara qranitdən düzəldilmiş, üzərində bürünc şamdan dayanmış, bürünc ayaqlı, bürünc pedallı, ağ mərmər klavişli bu royal, böyük bir konsert salonunda qoyulmuş əsl royaldan əsla seçilmir. Üzeyir bəyin, Əhməd Cavadın əzəmətli heykəlləri də sanki canlıdır. Bir sözlə, bu əsər Azərbaycan himninə ucaldılmış bir sənət xariqəsidir.

 

485.6 KB

 

381.6 KB