Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regionumuz

07.01.2019

Hazırda Şəmkirin Həzi Aslanov küçəsində ucalan Alman Lüteran kilsəsi 1909-cu ildə lüteran almanların dini ibadətlərini həyata keçirməsi üçün tikilib. 1941-ci ilədək təyinatı üzrə istifadə edilib. Almanların sürgünündən sonra, kilsə olaraq istifadəsinə ehtiyac qalmayan abidə, bir müddət Mədəniyyət Evi, sonra Müəllimlər Evi kimi fəaliyyət göstərib. Ötən əsrin 80-ci illərində isə Tarix-Diyarşünaslıq Muzeyi bu tikiliyə köçürülüb. Kilsə kompleksinin 4 hektar ərazisi var. Buraya dördmərtəbəli zəng qülləsi, böyük və 2-ci mərtəbədə yerləşən kiçik ibadət zalı və bir neçə xidməti otaq daxildir. Təmtəraqlı Katolik kilsəsindən fərqli olaraq, kifayət qədər hündür divarları olan Protestant kilsəsi şəkilsiz və ikonasız olmağına rəğmən öz əzəmətini qoruyur. 2012-2013-cü illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə orada əsaslı rekonstruksiya işləri aparılıb.

 

4.3 MB