Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Daşkəsəndə 20 Yanvar faciəsinin qurbanları anılıb

20.01.2019

Daşkəsən rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş "20 Yanvar Azadlığa gedən yolun zirvəsi" adlı ədəbi-bədii kompozisiya keçirildi.Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 20 Yanvar faciəsini əks etdirən foto sərgi nümaiş etdirildi. Tədbirdə 20 Yanvar faciəsini əks etdirən qısa metrajlı sənədli film numaiş etdirildi.Tədbirdə Mədəniyyət Mərkəzinin mədəni təşkilatçı Ayaz Məmmədov faciə haqında çıxış edərək geniş məlumat verdi.Orta məktəb və İncəsənət məktəbinin şagirtlərinin ifasında müxtəlif şeirlər və mahnılar səsləndirildi.

 

388.3 KB

 

388.3 KB