Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Daşkəsəndə 2 Fevral Azərbaycan Gənclər gününün 22-ci ildönümü ilə bağlı dəyirmi masa keçirildi.

01.02.2019

Daşkəsən rayon Mədəniyyət Mərkəzində 30.01.2019-cu il tarixdə 2 Fevral Azərbaycan Gənclər gününün 22-ci ildönümü ilə bağlı dəyirmi masa keçirildi.Gənclər günü münasibətilə Daşkəsən rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirlən tədbirə Mədəniyyət işçiləri və Gənlər və İdman idarəsinin dəvət etdiyi gənclər dəvət olundu.Dəyirmi masada Daşkəsən rayon İcra Hakimyyətinin Sektor müdiri Vüqar Məmmədov, Rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov, Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva,Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova,Tarix-diyarşünaslıq muzeyinin direktoru Günel Qəribova,Aşağı Daşkəsən kənd tam orta məktəbibin müəlliməsi Səbinə Qədirova və digər çıxış edənlər bildirdilər ki, gənclər bizim gələcəyimizdir.Biz onların inkişafı və vətənpərvərlik tərbiyəsinin formalaşdırılması, istedadlı gənclərin aşkara çıxarılması ilə bağlı daim çalışmalıyıq.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan gəncliyinin ehtiyac və qayğılarının, problemlərinin həlli üçün həmişə maraqlanmış və onlara həmişə köməklik göstərmişdir. Tədbirin sonunda gənclərə hədiyələr verlmiş,çay süfrəsi arxasında müzakirələr davam edildi və gənclərin əylənməsi üçün musiqi səsləndirildi.

 

257.3 KB

 

245.6 KB

 

252 KB