Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”FƏRYADDAN 27 İL ÖTÜR”

26.02.2019

25.02.2019 tarixdə Şəmkir Regional Mədəniyyət idarəsi və Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 27- ci ildönümünə həsr edilmiş"FƏRYADDAN 27 İL ÖTÜR "adlı anım tədbiri keçirildi.
Təbirdə Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri eyni zamanda rayonun ictimai həyatında fəal olan gənclər iştirak edirdilər.Tədbirdə iştirak edən qonaqlar 
Əvvəlcə Xocalı faciəsinə aid foto və tarixi faktlardan ibarət sərgiylə tanış oldular.Xocalı şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi daha sonra Xocalı soyqırımına həsr olunmuş sənədli film izlənildi.
Gədəbəy Heydər Əliyev Mərkəzinin direktoru Perviz Bayramov Xocalı soyqırımının səbəbləri, tarixi, eyni zamanda Soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə əlaqədar görülən işlər haqqında geniş məlumat verdi.Sonra YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev,Rayon Gənclər və İdman idarəsinin rəisi Əlviz Gülməmmədov,
Qızılqaya kənd tam orta məktəbin Tarix və Coğrafiya müəllimi Tural Topçuyev,
Şəhid İlham Əliyev adına 1 saylı tam orta məktəbin 11 ci sinif şagirdi Kamran Bayramov,Gədəbəy rayon icra hakimiyyəti başçısının Kiçik Qaramurad kənd IƏD nümayəndəsinin müavini Rüfət İmamquliyev 
Rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev geniş məruzə ilə çıxış etdilər.

 

181.5 KB

 

149.4 KB

 

142.3 KB