Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib - ŞƏMKİR

26.02.2019

Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ə.Cavad adına Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin baş mütəxəssisi Tural Əliyev, Şəmkir rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Cavanşir Pirverdiyev və Şəmkir Regional Mədəniyyət İdarəsinin məsul işçiləri iştirak edib.

Mədəniyyət işçilərinin hazırladığı Xocalı faciəsindən bəhs edən kopmazisiyalar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Şəmkir rayon İcra Hakimiyyətinin baş mütəxəssisi Tural Əliyev çıxış edərək, Xocalı faciəsinin 21-ci əsrin ən dəhşətli hadisələrindən biri olduğunu bildirib. O qeyd edib ki, bu gün dövlət siyasətimizin əsas istiqamətlərindən biri Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır ki, bu işdə ölkə rəhbərimizin qətiyyəti və iradəsi nəticəsində çoxlu nailiyyətlər əldə olunmuşdur. T.Əliyev sonra gənclərin bu işdə rolunun vacibliyindən danışmış və bütün Azərbaycan gənclərini Xocalı həqiqətlərinin təbliğ olunması istiqamətində sosial şəbəkələrdə daha fəal olamağa çağırmışdır.

Daha sonra Şəmkir rayon Tarix-Diyarşünaslıq Müzeyinin direktoru Cavanşir Pireverdiyev çıxış edərək, Xocalıda baş verən hadisələrdən danışıb. O, Xocalı sakinlərinə qarşı, xüsusi qəddarlıqla həyata keçirilən hərəkətləri pisləyib. 

Tədbirin sonunda Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyin hazırladığı "Ailə faciəsi" adlı tamaşa nümayiş etdirilib.
 

 

72.2 KB

 

71.2 KB

 

48.9 KB