Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəmkirdə Xocalı soyqrımı qurbanlarının xatirəsi anılıb

27.02.2019

Şəmkir rayonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, apratın əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri iştirak ediblər.

İştirakçılar Şəmkir rayon Mədəniyyət Mərkəzinin hazırladığı “Xocalı” tamaşasını izləyib və məktəblilərin söylədikləri şeirləri dinləyiblər.

Sonda tədbir iştirakçıları Şəmkir şəhərində Xocalı abidəsini ziyarət edib və təşkil edilən “Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsm, əl işləri və kitablardan ibarət sərgilərlə tanış olublar.

27 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı öldürüb, 487 dinc sakini ağır yaralayıb, 1275 nəfəri girov götürüblər.

Ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Xocalı faciəsinin dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Xocalı faciəsi Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya və sair kimi dövlətlər və ABŞ-ın 21 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb. Dünyanın hər yerində Xocalı soyqırımının tanınması ilə əlaqədar işlər davam edir. Bu sahədə, həm də 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası önəmli rol oynayır.

 

363.9 KB

 

369.6 KB

 

270.2 KB