Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalı Abşeron

08.05.2019

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən Bölgələrə” yaradıcılıq festivalının növbəti tədbiri Abşeron rayonunun Xırdalan şəhərində gerçəkləşdi.

Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər

Həmçinin festivalda 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq müxtəlif nəşr nümunələrindən ibarət kitab guşəsi də qurulmuşdu.

Əvvəlcə “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı barədə geniş məlumat verildi. Diqqətə çatdırıldı ki, festivalda Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin hər birinin ekspozisiya çadırları qurulub, regionlar üzrə şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilir.

Ölkəmizdə mədəniyyət və incəsənətin inkişafına dövlət tərəfindən qayğı göstərildiyi vurğulandı. Bildirildi ki, bu layihənin həyata keçirilməsi yerli sakinlərə, eləcə də bölgələrimizə gələn xarici qonaqlara regionların rəngarəng mədəni həyatı ilə yaxından tanış olmaq fürsəti yaradır.

Tədbir daha sonra konsert proqramı ilə davam etdi. Konsertdə Yaradıcılıq festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivlərinin çıxışları, musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına may ayının sonunda yekun vurulacaq.

 

320.4 KB

 

153.5 KB

 

247.2 KB