Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

28 May Respublika Gününə həsr edilmiş geniş bayram tədbiri keçirilib.

28.05.2019

28.05.2019-cu il tarixində Şəmkir Heydər Əliyev parkında Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatı dəstəyi ilə 28 May Respublika Gününə həsr edilmiş geniş bayram tədbiri keçirilib. Şəmkir Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Tofiq Rəsulov tədbiri açaraq, şərqdə yaranan ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti, onun Azərbaycan tarixində tutduğu əhəmiyyətli yer haqqında ətraflı məlumat verib. Tədbir daha sonra konsert proqramı ilə davam etdirilib. Konsertdə gənc istedadlı müğənnilər Fərid Əziz, "Xalq Ulduzu 3" televiziya müsabiqəsinin qalibi Raya Həsənli, Maşallah Dünyamalıyev," Şəmkir" rəqs qrupunun çıxışları alqışlarla qarşılanıb. Bir sözlə şəmkirlilər və şəhərimizin qonaqları əsl bayram sevinci yaşadılar.
Bayramın mübarək müstəqil Azərbaycanımız!

 

82.1 KB

 

94.7 KB

 

136.2 KB