Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Şərqdən Qərbə əsən meh” adlı ədəbi-musiqili gecə keçirilib

05.07.2019

İyulun 5-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə "Şərqdən Qərbə əsən meh" adlı tədbir keçirildi.

Tədbir böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə və almanların Cənubi Qafqaza köçməsinin 200 illiyinə həsr olunmuşdu. Layihənin ideya müəllifi və bədii rəhbəri Xalq artisti Mehriban Zəkidir.

Ədəbi-musiqili gecədə mədəniyyət və incəsənət xadimləri, ölkəmizdə yaşayan və çalışan almanlar iştirak edirdilər. İstedadlı sənətçilərin yer aldığı sənət layihəsi tamaşaçıların marağına səbəb oldu.

Tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Xalq artisti Mehriban Zəki “Nəsimi ili”nin təntənə ilə davam etdiyini və mütəfəkkir şairin irsinin əsrlər sonra da böyük maraq doğurduğunu dedi.

Sonra Nəsiminin "Ey könül", "Canda ki eşq olmadı", "Ey təbib", "Allahu əkbər, ey sənəm", "Bulmuşam həqqi" və s. qəzəllərinin ilə alman bəstəkarlarının məşhur musiqi əsərlərindən ibarət kompozisiya təqdim olundu. İ.S.Bax, F.Mendelson, F. Şubert kimi bəstəkarların irihəcmli musiqi əsərlərindən parçaların milli musiqi alətlərində ifa və müşayiəti marağa səbəb oldu.

Mehriban Zəki və Ziya Ağanın ifasında səslənən qəzəllər, vokalçılar İlham Nəzərov (kontrtenor), İslama Abdullayeva (soprano), muğam ifaçıları Səidə Babışova, Mütəllim Dəmirovun çıxışları ilə süslənən Şərq-Qərb sənət atmosferi hər kəsə xoş ovqat bəxş etdi.

 

331 KB

 

205.5 KB

 

333 KB