Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tofiq Tağızadə - 100

13.09.2019

12 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin təşkilatçılığı, Şəmkir rayon Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Şəmkir rayon Heydər Əliyev Mərkəzində görkəmli kinorejissor, xalq artisti, filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olan Tofiq Tağizadənin 100 illiyi ilə bağlı yubiley tədbiri keçirildi. Tofiq Tağızadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilən növbəti
tədbiri Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə açaraq rejissorun milli kinomuza verdiyi töhvələrdən, bu gün də sevə-sevə baxdığımız filmlərindən bəhs etdi. Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor, kinoşünas Ayaz Salayev yubilyarın həyat və sənət yolundan danışaraq Tofiq Tağızadənin Azərbaycan kinosundakı xidmətləri haqqında ətraflı məlumat verdi, rejissorun “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. filmlərinin tarixi əhəmiyyətindən danışdı. Tofiq Tağızadəyə həsr edilmiş fotosərgi tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Sonda isə istedadlı sənətkarın "Qızıl qaz" (1972) filmi tamaşaçılara təqdim olundu. Film bir daha çoxsaylı tamaşaçı alqışları ilə qarşılandı.

 

368.1 KB

 

320.8 KB

 

322 KB