Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının ilk təşkilatlarda növbəti görüşü, Regional Mədəniyyət İdarəsi ilk partiya təşkilatında keçirilmişdir.

04.10.2019

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının ilk təşkilatlarda növbəti görüşü, Regional Mədəniyyət İdarəsi ilk partiya təşkilatında keçirilmişdir.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı, Regional Mədəniyyət İdarəsi ilk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev, Şəmkir rayon Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev, YAP Şəmkir rayon təşkilatının Aparatının məsul işçiləri, YAP Şəmkir rayon təşkilatı, Regional Mədəniyyət İdarəsi ilk partiya təşkilatının üzvləri və partiya fəalları iştirak etdilər.
Görüş Şəmkir şəhər Ə.Cavad adına Mədəniyyət Mərkəzinin akt zalında keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatı, Regional Mədəniyyət İdarəsi ilk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev bildirdi ki, Yeni Azərbaycan Partiyası xalq üçün, Azərbaycanın gələcəyi üçün yaradılıb. Ümummilli Lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı və dövlətimizi bütün təhlükələrdən xilas etdi. C.Pirverdiyev qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir, ölkəmizin dünyada böyük nüfuzu var. Son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib: Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi iqtisadi artım, inkişaf yoxdur. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır. Doğrudur, həmişə inkişafımızı əngəlləmək istəyən qüvvələr olub, onlar bu gün də var. Amma Prezidentimizlə xalqın birliyi nəticəsində həmin qüvvələrin məqsədləri iflasa uğrayıb.
İlk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev xaricdəki mühacir azərbaycanlıların yanlış yolda olduğunu vurğuladı. O qeyd etdi ki, mühacirlər ələ alınıb, Azərbaycana qarşı istifadə edilirlər: Bu insanlara qarşı susmaq lazım deyil. İnzibati tədbir görməklə tərbiyə mümkün deyil. Bu, daha çox ictimai qınaq səviyyəsində olmalıdır.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev isə çıxışında bildirdi ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarşılıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. F.Vəliyev qeyd edib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan işlərə-islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri daha fəal olmalıdırlar. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır.
F.Vəliyev vurğulayıb ki, ilk partiya təşkilatları insanlar arasında təbliğat-təşviqat işini gücləndirməlidirlər. Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları insanlara geniş şəkildə çatdırılmalıdır. Çünki müəyyən dairələr yalan məlumat yaymaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Bu dairələr xalqı adada bilməz. Amma bütün hallarda biz arxayınlaşmamalı, öz işimi fəal şəkildə davam etdirməli, doğru yolla inamla getməliyik
Sonda çıxış edən YAP Şəmkir rayon təşkilatının Aparat rəhbəri Şövqi Həsənov son illər Azərbaycanda bütün sahələr üzrə çox böyük islahatlar həyata keçirildiyini və Azərbaycanın gələcəyi daha parlaq olacağını bildirdi. Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə Ulu Öndər Heydər Əliyevin ideyalarını, eləcə də Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirləri layiqincə davam etdirmək potensialına malikdirlər. Çünki gənclər cəmiyyətin aparıcı qüvvəsi kimi cəmiyyət həyatında mühüm rol oynayırlar.
Ş.Həsənov çıxışında Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğunu qeyd etdi və həmin dairələrin müxtəlif vasitələrlə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını bildirdi. Bu vasitələrin biri də sosial şəbəkələr olduğunu və xaricdə özünü mühacir adlandıranlar müəyyən qüvvələrin maraqlarına xidmət edərək ölkəmizin, dövlət rəhbərliyinin imicinə zərbə vurmağa çalışdıqlarını vurğuladı. Belə kampaniya aparanlar cəmiyyətimizdə ifşa olunmalıdırlar. Ona görə də partiyamızın üzvləri Azərbaycanın qazandığı nailiyyətləri insanlar arasında geniş təbliğ etmək işini fəal şəkildə davam etdirməlidirlər. O cümlədən ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətləri ifşa olunmalıdır. Gənclərin bu prosesdə fəal iştirak etmələrini qeyd etdi.

 

353 KB

 

373.8 KB

 

438.6 KB