Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

ŞƏMKİRDƏ 1000 NƏFƏRİN İŞTİRAKI İLƏ MÖHTƏŞƏM VELOYÜRÜŞ KEÇİRİLDİ

28.10.2019

Şəmkir rayonunda Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Velosiped Federasiyası və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam Gənclik” layihəsinin Şəmkir mərhələsinə start verilib.

Layihənin keçirilməsində əsas məqsəd gəncləri sağlam həyat tərzinə təşviq olunmasını təmin etmək, ekoloji sağlam həyatın inkişafına dəstək verməkdir.

Gənclərin veloyürüşü ilə başlayan layihədə 1000-ə yaxın gənc iştirak edib.

Şəmkir rayonu Bayraq Meydanından start verilən yürüşdə velosipedçilər şəhər mərkəzi boyu dövrə vuraraq Bayraq Meydanında finiş xəttinə çatıblar.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Velosiped Federasiyasının nümayəndəsi Faiq Qurbanov iştirak ediblər.

Veloyürüşdə çıxış edənlər velosiped idman növünün sağlamlıq üçün əhəmiyyətindən, regionlarda yaşayan gənclərin bu idman növünə cəlb edilməsinin vacibliyindən danışıblar.

Tədbir zamanı gənclərə əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Şəmkir rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.

 

162.6 KB

 

199.8 KB

 

84.9 KB