Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Cəfər Cabbarlı - 120

04.11.2019

04.11.2019-cu il tarixdə Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi , yazıçı drammaturq, rejissor,ssenarist Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi və MKS-inin təşkilatçılığı ilə Uşaqlara xidmət şöbəsi “35 illik bəhrəli ömür” adlı ədəbi- bədii gecə təşkil etdi.Tədbirdə Şəmkir Mədəniyyət Mərkəzinin əməkdaşları, Nizami Gəncəvi adına şəhər tam orta məktəbin,Məhəmməd Füzuli adına şəhər tam orta məktəbin,Əhməd Cavad adına şəhər tam orta məktəbin və 8 saylı körpələr evi uşaq bağçasının körpə fidanları müxtəlif ədəbi -bədii kompozisiyalarla çıxış etdilər.Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşı Vüqar müəllim çıxış edərək , tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi və gələcək işlərində uğurlar arzuladı.Tədbirdə ”Cəfər Cabbarlı 120 ” adlı sərgi və fotostend təşkil edilmiş və ona baxış keçirildi.

 

414.6 KB

 

273 KB

 

242.7 KB