Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Altı əsrlik mərdlik simvolu-Nəsimi”

14.11.2019

14.11.2019-cu il tarixdə Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi və MKS-inin təşkilatçılığı ilə “Altı əsrlik mərdlik simvolu-Nəsimi” adlı ədəbi-bədii gecə təşkil edildi .Tədbirdə Şəmkir rayon Mədəniyyət Mərkəzinin əməkdaşları müxtəlif musiqi nömrələri ilə çıxış etdilər. Nizami Gəncəvi adına və Məhəmməd Füzuli adına şəhər tam orta məktəblərinin şagirdləri İ.Nəsiminin qəzəllərini ifa etdilər. Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşı Vüqar müəllim çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirdi. Tədbirdə “İ.Nəsimi 650 “adlı sərgi və fotostend təşkil edilmiş və ona baxış keçirilmişdir.

 

537.2 KB

 

575.4 KB

 

562.5 KB