Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənətinin yaşadılması, öyrənilməsi və təbliği istiqamətində tədbir keçirilib

25.11.2019

Salyan rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı və “Dirili Qurbani” saz-söz məclisinin üzvlərinin iştirakı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş aşıq sənətinin yaşadılması, öyrənilməsi və təbliği istiqamətində tədbir keçirilib. Tədbir Şirvan Aşıq Məktəbinin Muğan-Salyan (Aşıq Pənah Pənahovun yaradıcılığı əsasında) aşıqlarının həyat və yaradıcılığına, ağır və keşməkeşli həyat yoluna həsr edilib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı qonaqları salamlayaraq, aşıq sənətinin təbliği və dirçəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi layihələrdən bəhs edib. Çıxışlarda Salyan aşıq mühiti və triosu haqqında geniş məlumat verilib. Tədbir “Dirili Qurbani” saz-söz məclisi üzvlərinin, o cümlədən Əməkdar mədəniyyət işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aşıq Əhliman Şirvanlının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Aşıq sənəti" kafedrasının, həmçinin Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gədəbəy Aşıq Musiqi Məktəbinin müəllim və tələbə heyətinin çıxışları ilə davam edib. Tədbirdə habelə Gədəbəy Aşıq Musiqi Məktəbində toplanmış aşıq sənəti ilə bağlı materiallar sərgilənib. Tədbir çərçivəsində Salyan rayon Mədəniyyət Mərkəzinin yeni yaradılan "Ruhani" Aşıq Folklor Qrupu ictimaiyyətə təqdim olunub və qrupun, eyni zamanda qonaq aşıqların ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

 

358.6 KB

 

329.5 KB

 

387.7 KB