Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsünə şəmkirlilər də böyük həvəslə qoşulub.

06.12.2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsünə şəmkirlilər də böyük həvəslə qoşulub.

"Növbəti belə tədbir çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinin nəzərdə tutulmasıdır. Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir.

650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.

"Nəsimi ili" ilə əlaqədar olaraq ölkənin hər yerində olduğu kimi bu gün Şəmkir rayonu ərazisində də ağacəkmə kampaniyası keçirilib. Əraziyə 1000-ə yaxın rayon sakini tərəfindən 6000 ədəd ağac əkilib.

06 dekabr 2019-cu il tarixdə keçirilən ümumrespublika ağacəkmə aksiyası Şəmkir rayonunda rayon ziyalıları, xüsusilə də gənclər arasında böyük ruh yüksəkliyi ilə həyata keçirilib.

Aksiya tədbir iştirakçıları tərəfindən bayram əhvalı ilə qarşılanıb və milli musiqiqlərimizin sədaları altında keçirilib.
Ağacəkmə aksiyasında eldar şamı, sərv, göyrüş, qarağac, qovaq, tuya və s. əkilib.

 

495.1 KB

 

749.1 KB

 

749.9 KB