Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“SPEKTRUM” Foto Sərgisi

13.02.2020



"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "İçərişəhər" Muzey Mərkəzinin nəzdindəki Bakı Fotoqrafiya Evi yarandığı gündən gənc fotoqraflara dəstək olmaq şüarının əsas tutaraq, bu gün də ənənəsinə sadiq qalır. Mütəmadi olaraq peşəkar və həvəskar fotoqraflar arasında müxtəlif sərgilər və müsabiqələr təşkil edir.

18 fevral 2020-ci il tarixində saat 19.00-da Bakı Fotoqrafiya Evində gənc fotoqraf Xaliq Vəliyevin “SPEKTRUM” adlı fərdi foto-sərgisi keçiriləcəkdir. Xaliq Vəliyev –1993-cü ildə Şəmkir şəhərində anadan olmuşdur. Hal-hazırda Şəmkir Regional Mədəniyyət idarəsində fotoqraf kimi, Azərbaycan Skautlar Assosiasiyasında isə könüllü fotoqraf kimi çalışır. Çəkdiyi fotolar daha çox sənədli fotoqrafiya üslubundadır eyni zamanda təbiət, portret, astrofotoqrafiya, tarix və.s janrlarında da fotolar çəkir. “Baku photo” və “Azərbaycanım ” adlı fotomüsabiqəsinin finalçılarından olmuş və Bir çox digər müsabiqələrdə iştirak etmiş, 2019- cu ildə Bakıda UNESKO- nun 43-cü sessiyasında keçirilən ''İpək yolu gənclərin gözü ilə'' adlı beynəlxalq fotosərgidə yayımlanan ''Gənc musiqiçi'' adlı portretlə Azərbaycanı təmsil etmişdir.

 

78.4 KB