Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

ŞƏMKİRDƏ ”BİTMƏYƏN ƏZAB” FİLMİ NÜMAYİŞ OLUNUB

25.02.2020

 

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin  təşkilatçılığı ilə Şəmkir rayonunda “Bitməyən əzab” sənədli filminin təqdimatı keçirilib.
Şəmkir Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə  Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin  üzvləri, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın dövlət himninin səsləndirilməsilə başlanıb.

Sonra Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin üzvləri çıxış ediblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin tarixi, torpaqlarımızın işğalı, xalqımızın məruz qaldığı vandalizm, işgəncə, qətl və soyqırımı faktları, etnik təmizləmə, yandırılmış ərazilərimiz, bu istiqamətdə məlumatların dünya birliyinin diqqətinə çatdırılması, ölkəmizin sülhsevər səylərinə baxmayaraq, Ermənistanın destruktiv mövqeyinin münaqişənin həllinə mane olması barədə ətraflı məlumat veriblər.

Dövlət Komissiyasının arxiv materialları və sənədli faktları əsasında çəkilmiş belə filmlərin daha çox hazırlanmasının, bütün dünyada yayımlanmasının, Azərbaycan həqiqətlərinin təbliğinin əhəmiyyətinə toxunulub. Bu vasitələrlə erməni vəhşiliyi barədə gələcək nəsillərimizi məlumatlandırmağın zəruriliyi qeyd edilib, azərbaycanlıların üzləşdikləri zülm və işgəncələri törədənlərin ədalət qarısında mütləq cavab verməli olacaqları vurğulanıb.

Qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir.

Sonra “Bitməyən əzab” sənədli filmi nümayiş olunub.

 

143.6 KB

 

102.9 KB

 

73.7 KB