Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

ŞƏMKİRDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ ANILIB- ”SONSUZ DƏHLİZ”

26.02.2020

Şəmkir rayonunda Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, təhsil və səhiyyə işçiləri, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı ilə bağlı faktlar əsasında Şəmkir Gənclərinin İnkişaf və Karyera Mərkəzinin direktoru Kənan İbrahimov çıxış edib, fotolarla soyqırım haqqında ətraflı məlumat verib.

Daha sonra tədbir iştirakçıları Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət!” təbliğat kampaniyası çərçivəsində çəkilən “Sonsuz Dəhliz” sənədli filminə baxıblar.

 

 

437.1 KB

 

546.7 KB

 

455.3 KB