Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Səyyar seminar-treninqə start verildi

07.07.2017

Mədəniyyət və Turizm Nazirinin 07 iyun 2016-cı il tarixli 146 nömrəli əmrinin icrası ilə əlaqədar Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği və bərpası, turizm infrastrukturunun inkişaf etdirilməsində muzeylərin üzərinə düşən vəzifələrin öyrənilməsi, inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 21-25 iyun 2016-cı il tarixində Gəncə regional mərkəz olmaqla Samux, Göygöl, Goranboy, Şəmkir, Daşkəsən rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bugün və sabah: mühafizə problemləri”, muzey işçiləri üçün isə “Turizmin inkişafında muzeylərin rolu” mövzularında səyyar seminar-treninqə start verildi. Səyyar seminar-treninq Mərkəzinin direktoru fəlsəfə doktoru Ramazan Şabanov tərəfindən açıq elan edilmişdir. Açılışda Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev də iştirak etmişdir.

Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 34 nəfər abidə mühafizəçisi, 22 nəfər muzey işçiləri iştirak edir. Treninqi əhatə edən mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri əhatə edir, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişafı məsələlərinə həsr olunmuşdur. Treninqə Mərkəzin bir qrup əməkdaşları, mütəxəssis olaraq isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sabiq, məsul işçisi, Mərkəzin müəllimi Arif Əliyev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun baş mühəndisi Cahid Qədirli, Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İdris Əliyev, Qobustan Dövlət Tarixi-Bədii qoruğunun baş mühafizi Fikrət Abdullayev, Şirvanşahlar Saray Kompleksinin direktor müavini Səadət Mirzəyeva, Azərbaycan İstiqlal muzeyinin fond müdiri Aidə Axundova, Milli Tarix Muzeyinin bələdçisi Sahibə Ələkbərova və digər mütəxəssis müəllimlər də cəlb olunmuşdur. Treninq 25 iyun tarixinə qədər davam edəcəkdir.