Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin 2017-ci ilin yekunlarına dair hesabatı

22.02.2018

Şəmkir regional Mədəniyyət və Turizm İdarəsinin 21.02.2018-ci il tarixdə Şəmkir rayon Ə.Cavad adına Mədəniyyət Mərkəzində regionun 2017-ci ildə gördüyü işlərə dair hesabatı dinlənildi. İclasda Regionun əhatə etdiyi Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının baş məsləhətçiləri o cümlədən mədəniyyət mərkəzlərinin, uşaq musiqi incəsənət məktəblərinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və muzeylərin direktorlarıda iştirak etmişdir. İlk öncə idarənin rəisi Höccət Əsədullayev çıxış edərək regionun gördüyü işlərə dair  hesabatı dinlənildi və regionun 2018-ci ildə qarşıda duran vəzifələri və tapşırıqları bildirildi. Qarşıdan gələn növbədənkənar Prezident seçkiləri ilə əlaqədar fikir bildirən Höccət Əsədullayev seçkilərdə mədəniyyət işçilərinə fəal olmağı, seçkilərdə iştirakın vacib olduğunu vurğulamışdır. Daha sonra rəis müavini Ramiz Məmmədov və rayon üzrə nümayəndələrinin hesabatları dinlənildi.

İclasda musiqi məktəblərinin, muzeylərin, mədəniyyət mərkəzlərinin, MKS-in hesabatları dinlənilmiş, 2017-ci ildə qazandıqları nailliyyətlərdən söz açılmışdır.

Sonda iclas iştirakçıları tərəfindən regionun 2017-ci ildə gördüyü işlər qənaətbəxş sayılmışdır.

 

4.2 MB

 

4.6 MB

 

4.5 MB