Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Milli İncəsənət Muzeyində ilk dəfə görmə qabiliyyətini tamamilə və ya qismən itirmiş uşaqların rəsmləri sərgilənəcək.

16.05.2020

Milli İncəsənət Muzeyində ilk dəfə görmə qabiliyyətini tamamilə və ya qismən itirmiş uşaqların rəsmləri sərgilənəcək.

Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik”dir.
Ölkəmizdə fəaliyyət göstərən Azərbaycan Milli İncəsənət Muzeyi də koronavirus təhlükəsi ilə əlaqədar yaranmış mövcud şəraiti nəzərə alaraq, bu il Beynəlxalq Muzeylər Gününü onlayn formatda qeyd edəcək.
Belə ki, Azərbaycan Milli İncəsənət Muzeyi mayın 18-də saat 12:00-da ilk dəfə olaraq görmə qabiliyyətini tamamilə və ya qismən itirmiş uşaqların rəsmlərindən ibarət sərgi təqdim edəcək. Bu rəsmlər muzeydə “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar çərçivəsində Tbilisi Rəssamlıq Akademiyasının professoru Georgiy Quraspaşvillinin xüsusi metodikası ilə keçirilmiş ustad dərsləri zamanı 5 nömrəli Respublika xüsusi internat məktəbinin və Reabilitasiya Mərkəzinin şagirdləri tərəfindən yaradılıb. Virtual sərgini muzeyin “facebook”, (Azərbaycan Milli İncəsənət Muzeyi - Azerbaijan National Museum of Art) “ınstagram” və “twitter” səhifələrindən izləmək mümkün olacaq.

 

38.8 KB