Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Almaniya Səfirliyi Mədəniyyət şöbəsinin təşəbbüsü ilə 03-04 mart 2018-ci il tarixlərində Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində iki günlük Alman Dili Müəllimlər Sessiyası keçirilmişdir.

05.03.2018

Almaniya Səfirliyi Mədəniyyət şöbəsinin təşəbbüsü ilə  03-04 mart 2018-ci il tarixlərində Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində iki günlük Alman Dili Müəllimlər Sessiyası keçirilmişdir. Tiflisdəki Höte İnstitutunun metodistləri, Bakıdakı Alman Akademik Mübadilə Xidməti (DAAD) və Xarici məktəblərlə əməkdaşlıq üzrə İdarəsinin (ZfA) eksperti tərəfindən dəstəklənən tədbir Azərbaycanın bütün bölgələrində çalışan alman dili müəllimləri üçün nəzərdə tutulmuşdur.

Təqaüd və təkmilləşdirmə imkanları, dərs metodikası, Höte İnstitutunun təklifləri və universtitet, məktəblərdə alman dilinin tədrisinə dəstək və digər mövzular üzrə çıxışlar və seminarlar olmuşdur.

Alman Dili Müəllimlər Sessiyasını Şəmkir şəhər İcra Hakimiyyəti tərəfindən dəstəklənmiş və Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi tədbirdə 90 nəfər iştirakçı üçün nahar və kofe/çay fasiləsi təşkil etmişdir.

Tədbirin yüksək səviyyədə təşkil olunması üçün  Almaniya Səfirliyi regional İdarəyə öz minnətdarlığını bildirmişdir.

 

4.2 MB

 

4.7 MB

 

4 MB