Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəmkirdə möhtəşəm Novruz şənliyi keçirildi!

20.03.2018

Şəmkir rayonunda möhtəşəmliyi və rəngarəngliyi ilə yadda qalan Novruz şənliyi keçirildi. Bayram şousu rəngarəngliyi ilə izləyənlərin marağına səbəb olub. Heydər Əliyev Mərkəzinin qarşısındakı keçirilən bayram tədbirində meydan və ətrafdakı park bayramsayağı Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Novruzun rəmzi olan böyük tonqalı alovlandırıb. Xalqımızın ən sevimli bayramlarından olan Novruzun gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaradıb. Tədbirdə N saylı hərbi hissədə qulluq edən əsgərlərimiz iştirak etməsi isə bayrama xüsusi gözəllik qatıb. Şəmkir sakinləri tərəfindən onların hər birinə Novruz xonçası təqdim edilib. Rəngarəngliyi ilə yadda qalan bayram tədbirində uduş lotoreyaları oynanılıb və qaliblər müxtəlif növ hədiyyələr əldə ediblər. Sonda lotoreyanın surpriz uduşunda oynanılan SAMSUNG markalı mobil telefonun qalibi isə məktəbli şagird olub. Murad Arifin aparacılığı, Respublikanın tanınmış müğənniləri Vasif Məhərrəmli və Elvin Abdullayevin şən musiqiləri ilə davam edən bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.

 

159.5 KB

 

197.4 KB

 

417.3 KB