Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Şəmkirdə ümumrayon anım tədbiri keçirildi

31.03.2018

Bu gün Şəmkirdə 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb. Bu münasibətlə "Şəhidlər Xiyabanı"nda təşkil olunan anım tədbirinə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq mühafizə orqanları,mədəniyyət, təhsil və səhiyyə işçiləri, rayon ictimaiyyəti qatılıblar.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri xiyabanda ucaldılmış soyqırım abidəsinin önünə tər çiçək dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.

Bundan başqa rayon rəsmiləri 31 Mart soyqrımı faciəsinin ildönümünə həsr olunmuş əbədi-bədii kompazisyanı dinləyib.

Tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Bildirilib ki, 100 il öncə erməni daşnakları tərəfindən xalqımızın başına müsibətlər gətirilib. Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər.

Qeyd edək ki, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

 

405.1 KB

 

370.3 KB

 

197.8 KB