Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəmkirdə Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin I mərhələsi baş tutmuşdur.

04.04.2018

Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Şəmkir 7 illik Uşaq Musiqi Məktəbində regionda fəaliyyət göstərən Musiqi Məktəblərinin Kamança hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin I mərhələsi baş tutmuşdur. Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin keçirilməsində məqsəd 2017-ci ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.

 

 

1.1 MB