Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

5 avqust tarixi – Azərbaycan Respublikasında “Hərbi Donanma Günü” kimi qeyd edilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına: “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış, 1920-ci ilin yayında isə Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdi. Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi isə 1992-ci ildə keçmiş SSRİ Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsinin Azərbaycana verilməsi ilə başlayıb. Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində, yeni kadrlar yetişdirilməsində, donanmanın maddi-texniki bazasının möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub

05.08.2020

https://www.facebook.com/watch/?v=2636379039912124

 

87.6 KB