Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

21 avqust 2020-ci il tarixində Samux Heydər Əliyev Mərkəzi və Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulluğunun birgə təşkilatçılığı ilə ”Bir millət iki dövlət” mövzusunda videokonfrans təşkil edildi.

21.08.2020

21 avqust 2020-ci il tarixində Samux Heydər Əliyev Mərkəzi və Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulluğunun birgə təşkilatçılığı ilə "Bir millət iki dövlət" mövzusunda videokonfrans təşkil edildi. Videokonfransda - Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş Baş konsulu Zəki Öztürk və Tovuz, Şəmkir, Ağstafa, Samux, Gəncə, Ağdam, Tərtər, Füzuli, Beyləqan, Sumqayıt, Qaradağ, Neftçala, Saatlı, Xızı, Şirvan, Şamaxı, Siyəzən, İsmayıllı, Şəki, Quba, Zaqatala, Qəbələ, Qusar, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı Heydər Əliyev Mərkəzləri iştirak etdi. Tədbiri ilk olaraq giriş sözüylə açıq elan edən Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və Türkiyə Cümhuriyyətinin Gəncə baş konsulu Zəki Öztürk Azərbaycan və Türkiyə qardaşlıq münasibətlərindən söhbət açdılar. Daha sonra Heydər Əliyev Mərkəzlərinin direktorlarının çıxışları dinlənildi.

 

48.1 KB

 

63.7 KB

 

59.3 KB