Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Vətən Müharibəsində” iştirak etmiş və tərxis olunmuş Daşkəsən rayon mədəniyyət işçiləri ilə görüş keçirilmişdir.

13.01.2021

Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən 12 yanvar 2021-ci il tarixində “Vətən Müharibəsində” iştirak etmiş və tərxis olunmuş Daşkəsən rayon mədəniyyət işçiləri ilə görüş keçirilmişdir. Həmin mədəniyyət işçiləri Ələkbərov Elşən Sahib oğlu Daşkəsən şəhər Uşaq İncəsənət Məktəbinin tar müəllimi, Abışov Kamal Vidadi oğlu Daşkəsən rayon Zinzahal kənd Sənətkarlıq klubunun mədəni-təşkilatçısı vəzifəsində çalışırlar. Ələkbərov Elşən Şuşa şəhərinin Laçın dəhlizinin alınmasında gedən döyüşlərdə iştirakına görə “Şuşanın azad olunmasına görə” medalı ilə, Abışov Kamal isə Murov və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirakına görə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişlər. Görüş zamanı müharibə iştirakçılarına göstərdikləri şücaətə görə mədəniyyətimiz adından təşəkkür edilmiş və hədiyyələr verilmişdir.

 

109 KB

 

74.3 KB

 

109 KB