Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

22.01.2021-ci il tarixdə video-konfrans keçirilmişdir. Video-konfransda Daşkəsən və Göygöl rayonları üzrə mədəniyyət müəssisələrinin direktorları iştirak etmişdir.

22.01.2021

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi v.i.e cənab Zöhrab Adıgözəlovun rəhbərliyi ilə 22.01.2021-ci il tarixdə video-konfrans keçirilmişdir. Video-konfransda Daşkəsən və Göygöl rayonları üzrə mədəniyyət müəssisələrinin direktorları iştirak etmişdir.

Video-konfransda Daşkəsən və Göygöl rayonlarında olan mövcud vəziyyət barədə qısa məlumatlar dinlənilmişdir.

Daha sonra bildirilmişdir ki, Göygöl rayonu üzrə baş məsləhətçinin olmamasına görə verilən tapşırıqların operativ icra edilməsində müəyyən çətinliklər yaranır. Bu səbəbdən və rayonlar arası məsafənin yaxınlığı nəzərə alınaraq Daşkəsən rayonu üzrə baş məsləhətçi (nümayəndə) İsax Hacı oğlu Məmmədovun Göygöl rayonu üzrə baş məsləhətçi (nümayəndə) səlahiyyətlərinin müvəqqəti həvalə edilməsi haqqında əmr konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır.

 

2.2 MB