16 fevral 2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəis v.i.e. Zöhrab Adıgözəlov Gədəbəy Aşıq məktəbində məktəbin tədris fəaliyyəti, Aşıq sənəti muzeyi və İclas-konsert zalı ilə tanış olmuşdur. O, məktəbin dərs otaqlarında müəllimlər və şagirdlərlə görüşmüş, aşıqların ifasını dinləmişdir.
Həmçinin məktəbdə II Qarabağ şəhidlərinin xatirəsinə həsr edilmiş “Unudulmurlar”, “Əlaçılar”, “Təltiflər”, “Xəbərlər”, “Bilgilər” guşələrinə də baxmış, fikirlərini bildirmişdir.Məktəbin fəaliyyətinin səmərəli təşkili istiqamətində tapşırıq və tövsiyyələrini bildirmişdir.