Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nizami yaradıcılığında humanitar və demokratik fikirlərin inkişafı, insan haqlarının təbliği və müdafiəsi mövzusunda onlayn videokonfrans keçirilmişdir.

18.02.2021

17.02.2021-ci il tarixində "Nizami ili" ilə əlaqədar Daşkəsən rayon Heydər Əliyev Mərkəzi və Daşkəsən MKS-nin birgə təşkilatçılığı ilə "Nizami yaradıcılığında humanitar və demokratik fikirlərin inkişafı, insan haqlarının təbliği və müdafiəsi" mövzusunda onlayn videokonfrans keçirilmişdir. Konfransda təşkilatçılarla yanaşı Daşkəsən rayon Uşaq Kitabxanası, Daşkəsən rayon MKS-nin xidmət şöbəsi, gənc yazar Etibar Həsənzadə, ali məktəb tələbələri və məktəblilər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova Nizami yaradıcılığında insan haqları və qadın hüquqlarının müdafiəsi mövzusunda məruzə ilə çıxış etmişdir.

Daha sonra Daşkəsən rayon MKS-nin direktoru Alidə Mustafayeva 2021-ci ilin "Nizami ili" elan olunması ilə əlaqədar geniş fikir söyləmişdir.

Mərkəzin fond mühafizi İlahə Cəlilova Nizami yaradıcılığına Ulu Öndər qayğısı; Mərkəzin bələdçisi Səbinə Məhərrəmova Nizami lirikası və gənc nəslin inkişafında Nizami əsərlərinin tərbiyəvi rolu; Uşaq Kitabxanasının direktoru Pərvanə Məmiyeva Nizami əsərlərinin qısa təhlili; Xidmət Şöbəsinin direktoru Rəmziyyə Mahmudova Nizami yaradıcılığında müsbət qadın surətlərinin təhllini vermişdir.

Tərbirdə iştirak edən məktəblilər Nizaminin müdrik kəlamları, qəzəlləri və poemalarından hissələr səsləndirmişdir.

Tərbirin sonunda tədbir iştirakçıları Nizami yaradıcılığının yenidən öyrənilməsi, araşdırılması və geniş təbliği yolunda verəcəyi töhvələr haqqında çıxış etmişlər.

 

77.7 KB

 

85.5 KB

 

85.4 KB