Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Regional İdarənin müəssisə rəhbərləri ilə video konfrans formatında görüş keçirilmişdir.

06.04.2021

Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlovun rəhbərliyi ilə 06.04.2021-ci il tarixdə Regional İdarənin müəssisə rəhbərləri ilə video konfrans formatında görüş keçirilmişdir. Görüşdə Şəhid ailələrinə və qazilərə daim xüsusi diqqət və qayğının göstərilməsinin vacibliyindən danışılmış, təşkilati məsələlərə baxılmışdır. Bundan başqa dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yubileyinə həsr olunmuş silsilə tədbirlərinin keçirilməsi, Covid-19 infeksiyasına qarşı müəssisələrdə sanitar-epidemioloji tədbirlərin görülməsi və vaksinasiya olunan işçilər barədə məlumatların verilməsi tapşırılmışdır.

 

174.2 KB

 

195.3 KB

 

216 KB