Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar olaraq Türkiyə Cümhuriyyətinin Uşaq Oyunları və İdman Federasiyasının təşəbbüsü, Türkiyə Xarici İşlər Nazirliyi, Ailə Nazirliyi, Balıkesir Böyük Şəhər Bələdiyyəsi, və YAŞAT Fondunun dəstəyi ilə hədiyyə karvanı ölkəmizə daxil olub.

03.06.2021

Açılışı Tovuz rayonunda baş tutan hədiyyə karvanı 1 iyun Gədəbəy rayonunda olub

Tədbir Gədəbəy rayon Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, millət vəkili Arzu Nağıyev, Türkiyə Cümhuriyyətinin Uşaq Oyunları və İdman Federasiyasının prezidenti Mehmet Mutlu və digər rəsmi şəxslər çıxış etmişlər. Daha sonra Vətən Müharibəsinin şəhid və qazi övladlarına hədiyyələr təqdim edilib, onlarla söhbət aparılmışdır. Həmçinin rayonun bir neçə kəndində isə qazi övladlarına fərdi qaydada hədiyyələr təqdim olunmuşdur.

61 KB

63.9 KB

66.5 KB