Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bu gun 3 iyun Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Anar Kərimovun doğum günüdür.

03.06.2021

Anar Qabil oğlu Kərimov 3 iyun 1977-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunda anadan olub, 1998-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.

Diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004-2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010-2014-cü illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində fəaliyyətini davam etdirmişdir.

2014-cü ilin may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi təyin edilmişdir. 9 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Anar Kərimova fövqəladə və səlahiyyətli səfir rütbəsi verilmişdir.

2019-cu ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və  mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti A.Kərimova verilmişdir.  

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsinə təyin edilmişdir.

Rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, üç övladı var. 

Şəmkir Regional Mədəniyyət İdarəsinin Kollektivi adından cənab naziri ürəkdən təbrik edir, can sağlığı, müvəffəqiyyətlər, son dərəcə vacib və məsuliyyətli işində  uğurlar arzu edirik.

Ad gününüz münbarək cənab Nazir!

 

91.9 KB