Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Gədəbəydə Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd olundu

10.10.2018

9 oktyabr 2018-ci il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı, Gədəbəy rayon İcra Hakimiyyəti, Gədəbəy rayon Təhsil şöbəsi, Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gülqoyma mərasimi ilə başlanan tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin Basçısı, rayonun digər idarələrinin məsul əməkdaşları, Gədəbəy ziyalıları və rayon ictimaiyyətinin fəal  nümayəndələri iştirak etmişdir.

Tədbiri Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq Mir Cəlal Paşayevin həyat və yaradıcılığından, onun müəllimlik fəaliyyətindən danışmış, rayonun sosial inkişafında mədəni həyatın zənginləşdirilməsinin vacibliyini vurğulamışdır.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Mir Cəlal Paşayevin həyat və yaradıcılığını xatırladaraq vurğulamışdır ki, tədbirin məhz Gədəbəy rayonunda keçirilməsinin səbəbi alimin burada məktəb direktoru vəzifəsində fəaliyyət göstərməsidir.

  Gədəbəy rayon Təhsil şöbəsinin müdiri Baxış Nağıyev Mir Cəlalın təhsildəki rolunun və rayonda çalışdığı müddətdə böyük zəhmətinin unudulmayacağını bildirərək, onun ilk əsəri olan “Maarif yolunda” kitabından bəhs etmişdir.

Azərbaycan Dövlət Pedoqoji Universitetin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru, filologiya elmləri doktoru Yaqub Babayev alimin fəaliyyətindən geniş məlumat verərək, onun milli düşüncəyə malik  insan olduğunu bildirmişdir. Mir Cəlalın bütün əsərlərinin ruhunun Gəncə və Gəncəbasara aid olduğunu söyləmişdir.  

Daha sonra tədbir iştirakçıları Mir Cəlal Paşayevin 1 saylı tam orta məktəbdə yerləşən muzeyini ziyarət etmişdir. Həmin məktəbdə şagirdlər üçün Azərbaycan mədəniyyətinə həsr olunmuş “Açıq dərs” təşkil olunmuş, ardınca məktəblilər arasında müsabiqə keçirilmişdir. Sonda qaliblər mükafatlandırılmışdır.

 

133.6 KB

 

181.3 KB