Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Göygöl rayon Mədəniyyət Mərkəzinin ”Nərgiz” xalq kollektivi rayon ərazisində yerləşən N saylı hərbi hissədə konsert proqramı təşkil etmişdir.

05.07.2021

 Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Göygöl rayon Mədəniyyət Mərkəzinin "Nərgiz" xalq kollektivi  rayon ərazisində yerləşən N saylı hərbi hissədə konsert proqramı təşkil etmişdir. 

Tədbirdə  İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.  Hərbi hissə komandiri çıxış edərək, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi. Hərbi xidmətlərini şərəflə, vicdanla başa vuran əsgərlərimizə şəxsi həyatlarında uğurlar arzuladı. Biz azad xalqıq bizim güclü ordumuz var bu ordunun gücü naminə azadlığımıza qovuşduq. Azərbaycan xalqı sevinir ki, Üç rəngli Bayrağımız düşmən tapdağından azad edilən rayonlarımızda dalğalandı. Bu sevinci bizlərə yaşadan Ali Baş Komandanımıza və Müzəffər Azərbaycan Ordusuna minnətdarıq deyə bildirib. Əsgərlərimizə hərbi biletlər və fəxri fərmanlar təqdim olundu. Daha sonra "Nərgiz" xalq kollektivinin vətənpərvərlik ruhunda olan  ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

 

116 KB

 

122.2 KB

 

116 KB