Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

18.10.2018

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür. 18 oktyabr müstəqil ölkəmizin tarixinin ən mühüm günlərindən biridir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul olunub. Ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılan bu tarix artıq 27 ildir bayram kimi qeyd olunur.

Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri vardır.

Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənib.
Şəmkir Regional Mədəniyyət İdarəsi olaraq xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edirik.!

 

 

31.4 KB