Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəmkirdə Qara Qarayevin - 100 illiyinə həsr olunmuş Orqan konserti keçirilmişdir

29.10.2018

27.10.2018 ci il tarixdə Şəmkir şəhərində yerləşən Alman kilsəsində görkəmli Bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş, Orqan konserti keçirilmişdir. Şəmkir Regional Mədəniyyət İdarəsi və Bakı Musiqi Akademiyasının ''fortepiano, orqan klavesin kafedrasının təşəbbüsü ilə keçirilən möhtəşəm konsertdə, Şəmkir şəhər İcra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev, musiqi məktəbinin direktorları və pedaqoqları, mədəniyyət işçiləri,musiqi sevərlər və rayon sakinləri iştirak etmişlər. Konsert iştirakçıları Professor R.babayeva, baş müəllim S.Bəylərbəyovanın, Bakı Musiqi Akademiyasının məzunu,beynəlxalq müsabiqənin laureyatı N.Məmmədovanın, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, G.Muradovanın və gənc ifaçı S.Əsədullayevanın çıxışları böyük uğurla keçmiş, orqan ifasında yüksəs ustalıq nümayiş etdirərək, tamaşaçıların dərin rəğbətini və alqışlarını qazanmışdırlar.

 

252.5 KB

 

216.8 KB

 

174.9 KB