Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Ekstremizm və islamofobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti” üzrə milli seminar keçirilmişdir.

02.11.2018

Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində 25-26 oktyabr 2018-ci il tarixlərində M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi "Ekstremizm və islamofobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti" üzrə milli seminar keçirilmişdir.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev açmışdır. İştirakçıları salamlayaraq, A.Usubəliyev qeyd etdi ki, bu gün dünyada baş verən müxtəlif islamofobiya tendensiyalarına rəğmən Azərbaycan multikulturalizm və dözümlülük siyasətinin aparıcı qüvvəsidir və bu gün İSESKO və Azərbayan hökumətinin birgə təşkil etdiyi tədbir bunu bir daha sübüt edir.

Mərkəzin elmi katibi Cavid Əliyev İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin tədbir iştirakçılarına ünvanlanmış müraciətini səsləndirmişdir. Baş direktor seminar təşkilatçıları və iştirakçılarını salamlayıb uğurlar diləmişdir.

Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili, tarix elmləri doktoru Pərvin Kərimzadə bildirdi ki, bütün ölkələrin qanunlarında və dini kitablarda (Quran, İncil, Tövrat) bütün insanlar bərabər olduğu deyilir. Bəzi ölkələr buna əməl etməsədə Azərbaycan dünyada multikulturalizm və tolerantlıq mərkəzlərindən biridir.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru İsaxan Vəliyev bildirib ki, Azərbaycan mövcud olan etnik və dini müxtəlifliklərə baxmayaraq multikultural və tolerantlıq siyasətini uğurla davam edir. Hətta, Azərbaycan dini ekstremizmə qarşı qanununu çıxardan ölkələrdəndir.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov Azərbaycanda ziyalılığın inkişafında mədəniyyətin rolundan söz açaraq, islam tərbiyəsindən, maarifçilikdən, etnik, etik və dini müxtəlifliklərin birgə yaşamağından danışdı.

Psixologiya elmləri doktoru, professor Ramiz Əliyev mədəniyyətin sosiologiyasındakı millilik, geopolitika, qloballaşmadan bəhs edərək qeyd etdi ki, Azərbaycanda multikulturalizm və tolerantlığa qarşı olan proseslər uğurla tənzim edilmişdir.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri fizika üzrə elmlər doktoru, dosent Famin Salmanov “Ziyalılıq vasitəçilik təsisatı kimi”, AMEA Folklor İnstitutundan sənətşünaslıq elmləri doktoru, professor Nailə Rəhimbəyli “İslamda mədəniyyət amili”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova “Postmodern mühitdə islam incəsənətinin spesifikası”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli “Etnik mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasəti”, AMEA Memarlıq və İncəsənət İnstitutundan kulturologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimli “Dialoq sosial-siyasi və sosial-mədəni dəyər kimi”, Azərbaycan Turizm və Menecment Universitetindən iqtisadiyyat üzrə fəlsəfə doktoru Flora Ələsgərova “Turizm mədəniyyətlərarası dialoqu təmin edən mühit kimi”, Bakı Dövlət Universitetindən Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev “Tolerantlığın Azərbaycan təcrübəsi”, AMEA Fəlsəfə İnstitututundan fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Dialoq dinlərarası münasibətlərin hərəkətverici qüvvəsi kimi”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdən Nurəddin Babazadə “Ekstremizm və islamofobiya yaranması və dünya gündəmindəki yeri”, Ceyhun Əhmədov “Ekstremizm və islamofobiya ilə diplomatik mübarizə” adlı məruzələri ilə çıxış edərək tədbir çərçivəsində mədəni dialoqun çoxsaylı sosial-siyasi təzahür formaları müzakirə olunmuşdur.

Daha sonra Biləsuvar Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Ramil Bayramlı, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov, Xaçmaz Regional Mədəniyyət idarəsindən Fərid Musayev mədəni dialoqun müasir təzahür formaları, mədəni dialoqun dəstəklənməsində elmin və ziyalıların rolu haqqında bu istiqamətdəki dünya təcrübəsi ətrafında da öz mülahizələri ilə bölüşmüşlər.

Seminarı yekunlaşdıraraq Metodiki Mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, multikultural dəyərlərin və mədəniyyətlərarası dialoqun beynəlxalq münasibətlər sistemində təbliğində Azərbaycanın rolu əvəzolunmazdır. Son illər ərzində mövcud istiqamətdə respublikanın qlobal təşəbbüslərini, ölkəmizin beynəlxalq nüfuzunun artmasını xüsusi olaraq vurğulamışdır. Bildirdi ki, müasir dünyadakı dözümsüzlük və münaqişələr zamanı Azərbaycan mədəniyyətlərarası dialoq vasitəsi ilə islam, multikulturalizm və tolerantlıq dəyərlərini düzgün təbliğ edən ölkələrdən biridir.

Sonda seminar iştirakçıları İSESKO tərəfindən sertifikatlarla təltif olunmuşdur.

Qeyd edək ki, tədbirdə Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbininin şagirdlərindən ibarət instrumental trio tərəfindən kiçik musiqi proqramı da təşkil olunmuşdur

 

62.3 KB

 

147.9 KB

 

157.9 KB