Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Şəmkir rayon MKS-inin Oxuculara xidmət şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir” adlı əbədi- bədii gecə təşkil etdi.

07.12.2018

06.12.2018-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şəmkir rayon MKS-inin Oxuculara xidmət şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir” adlı əbədi- bədii gecə təşkil etdi.Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşı Vüqar müəllim bayram tədbirinin iştirakçılarını təbrik etdi ,onlara gələcək işlərində uğurlar arzuladı. Gecədə N.Gəncəvi, M.Füzuli və Ə.Cavad adına şəhər tam orta məktəblərin şagirdləri bir sıra Vətən ruhlu, Bayrağa aid şeirlər ifa etdilər.Ə.Cavad adına Mədəniyyət Mərkəzinin əməkdaşları mahnılar ifa etdilər. 2 saylı Abbaslı kənd tam orta məktəbinin şagirdləri Bayraq kompozisiyası ilə, 8 saylı körpələr evi uşaq baxçasının fidanları rəngarəng rəqsləri ilə çıxış etdilər. Azərbaycan Xalq Cümhuriyyətinə aid vidio çarxlar təqdim olundu.
Tədbirin sonunda “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” və “2018-ci il Xalq Cümhuriyyəti ilidir” başlıqlı fotostendə və kitab sərgisinə baxış keçirildi.

 

68.4 KB

 

86 KB

 

97.4 KB