Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Tarix

Şəmkir

Şəmkirin tarixi haqqında

Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şamkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir.
1924-cü ildə İstanbulda " Müxtəsər Azərbaycan tatixi kitabını çap etdirən C.Zeynalov bu adı aşağıdakı kimi izah etmişdir. Şəmkir: Şəms-Günəş və Kir- tapınan mənasındadır."Günəşə tapınanlar yurdu" deməkdir.
Dilçi alim Cahangirov isə bu adı "Şamkür" yəni , Kür qırağı kimi izah etmişdir. C.Rəfiyev isə bu sözü axşam yeməyi ilə əlaqələndirmişdir.
Şəmkir erkən orta əsr, "V-XI əsrlər" şəhərlərindəndir. Qədim Şəmkir şəhəri xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhər qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilinə iki körpü vastəsilə birləşdirilmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır.
VII əsrin ortalarında Şəmkir ərəblər tətəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkiliyyə adlandırıldı. Şəhər yalnız sonralar öz adın qaytarıldı.
Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikiri belədir ki, şəhərin çiçəklənmə dövürü IX-XII əsrləri əhatə edir. Bu dövürdə Şəmkir. Gəncə Şəddadilər dövlətinin tərkibində olmuşdur. Bu dövürdə Şəmkirin çiçəklənən və nüfuzlu şəhərlərdən biri olmasıni burada nəhəng qüllənin-Şəmkir minarəsinin inşa edilməsi də təsdiqləyir.
Şəmkir qülləsi kimi tanınan minarənin olduğunu lap dədim dövürlərdən müxtəlif tarixçi və səyyahlar öz əsərlərində qeyd etmişdir.
Yaqut Həməvi "Təqvim əl-Büldan" əsərinə istinad edərək Şəmkirdə bir minarə olduğunu yazmışdır. XVI əsr ərəb coğrafiyaşünası Əbülfət isə qeyd etmişdir ki, "Minarə çox hündür və görkəmlidir" Minarənin rus səyyahı Q.Qaqarin və fransız Dyübua Manpore tərəfindən müxtəlif illərdə çəkilmiş rəsimləri qalmışdır.
XI əsrdə Şəmkir Səlcuqlar tərəfindən işğal olunmuşdur. Səlcuqlar oğuz türklərinin axınları Azərbaycanın qərb torpaqlarını (Gəncə - Qazax) ələ keçirməyə çalışan erməni və gürçü feodallarının dəsbkarlıq planlarını da puça çixardı.
Maraqlıdır ki, orta əsrlərdə Azərbaycanın hər yerində , o cqmlədən Şəmkirdə də (Seyfəlidə və Tatarlı kənd ərazisində) Qız qalası ucaldılmışdır, Şəmlirin bu tarix memarlıq abidələri də oğuz türk axınları ilə bağlıdır. XII əsrdə Eldənizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət verildi.
XIII əsrdə Monqol işğalçilarina qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimdən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir.
XVI əsirin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədər tayfa başçılarının irsi hakimiyyətinə keçir.
Azərbaycanda xanlıqlar dövründə Şəmkir Gəncə xanlığının tərkibində olmuşdur.
1803-cü ildə çar qoşunları tərəfındən tutulan Şəmkir Rusiyaya birləşdirilir.
1826- 1828-ci illərdə, yəni sonuncu Rusiya- İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxinliğinda olmuşdur.
1826- cı il 3 sentyabrda Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlubiyyətə uğratdı. XIX əsein I yarsında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kolonistlərindən bir qurup Şəmkirdə məskunlaşdırıldı.
1819 -cu ildə Azərbaycanda ilk alman koloniyası Yelenodorfun əsası qoyuldu. Nizani İbrahimovun yazdığına görə həmin il almanlar Yelenodorfdan 40 km aralı Annenfeld - indiki Şəmkir koloniyası yaratdılar. Bu dövurdə şəhər Annenfeld adlandırılmşdır. 1888-ci ildə isə Şəmkir çayı sahilində yeni bir alman məskəni Georqsfeld- indiki Çinarlı dəsəbəsi salınır.
1906 -cı ildə Gürcüstanlı almanlar Şəmkir yaxınlığında torpaq sahəsi alır, Eygenfeld ( vaxtı ilı Engelskənd kimi tanınan indiki İrmaşlı kəndi) koloniyasını təşkil etdilər.
Beləliklə almanlar indiki Şəmkir ərazisində dinc ömür sürüt, təsərrüfat fəaliyyətilə məşğul olurdular . Lakin, ikinci dünya müharibəsi bu dinc həyata son qoydu. 1941-ci il avqustun 28-də SSRİ ali sovetinin rəyasət heyəti Volqa boyunda yaşayan almanların köçürülməsi haqqında fərman verdi. SSRİ-nin digər ərazisində yaşayan almanlara da şamil edildi və Şəmkirdə yaşayan almanlar 1941-ci ilin Sentyabr- oktyabr aylarında sürgün olundular.
1938- ci ildə Şamxor, 1991-ci ildən Şəmkir adlandırılır.Hazırda rayon ərazi 1660 kv. Km. əhalisi 201.5 min nəfərdi.

 

25.9 KB