Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Şəmkir

Şəmkir (1930-1991-ci illərdə Şamxor rayonu) - Azərbaycan Respublikasında inzibati rayon. 08.08.1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazin şimaı-şərq yamacında, Gəncə-Qazax düzənliyində yerləşir. Sahəsi 1660 kv km, əhalisi 201.5 min nəfərdir ( 01.01.2013) Mərkəzi Şəmkir şəhəridi.
Rayona Şəmkir şəhəri, Dəllər, Zəyəm,Çinarlı, Kür qəsəbələri Yeni Həyat, İagəndərli, İrmaşlı,Daşbulaq, Şiştəpə, Ələsgərli, Kamandar, Nərimanlı, Yeni Göyçə, Günəşli, Varlı Həyat, Qaraqoyunlu, Yuxarı Çaykənd, Aşağı Çaykənd, Atabəy, Dağ-Çəyir, Çənlibel,Tatarlı, Düyərli, Zəyəm -Cırdaxan, Qaranüy, Sabirkənd, Könüllü, Bayramlı, Qasımallar, Göyməmmədli, Şeyidlər,Əhmədli, Hacıalılar, Dəllər-Cəyir, Dəllər-Daşbulaq, Sarıtəpə, Dəllər-Cirdaxan, Çararlı, Əliyaqublu, Keçili, Muxtariyyat, Qaracəmirli,Qapanlı, Talış, Qlıncbəyl, Mehirli, Qaraqocalı, Çaylı, Yuxarı Seyfəli, Aşağı Seyfəli, Abbaslı, Mahmudlu, Yeniabad, Təzəkənd, Məşədiüseyinli, Qasım İsmaylov, Qaralar, Miskinli, Yen Yol, Qarabağlar, kəndləri daxildir.
Şəmkir rayonun şimal- şərq və mərkəzi hissəsi, əsasən, düzənlik, cənub hissəsi isə dağlıqdır. Yura, Tabaşir, Neogen və Antorogen. Çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: mis, molibden,qızıl, əhəngdaşı, çınqıl, qum, və s. Qışı quraq keçən mülayim isti yarımsəhra və quru çol iqlimi üstünlük təşkil edir. Orta temperatur yanvarda -2o C- dən 2o C-dək, iyunda 24-25-C-dir. Illik yağıntı 350-600 mm-dir. Rayonun ərazisindən Kür çayı və onun qolları (Zəyəm, Şəmkir, Cəyir və s) keçir. Dağ qara, qəhvəyi dağ- meşə, dağ tünd- şabalıdı, şabalıdı, acıq şabalıdı və allüvial çəmən- meşə torpaqları yayılmışdır. Kollu və seyrək meşəli çəmənlər, dağ meşələri, yovşanlı- şoranotulu yarımsəhra və çöl bitkiləri, Kür çayı sahlində tuqay meşələri var. Şəmkir rayonunun florası kimi faunasıda zəngindir. Burada, heyvanat aləmində canavar, tülkü, boz dovşan, çöldonuzu, süleysin, qumsiçanı, çölsiçani, bataqlıq qunduzu, turac, kəklik, göyərçin və s. məskunlaşır. Şəmkir su anbarı rayon ərazisindədir.
Şəmkir , əsasən, üzümçülk, taxılçılıq, və kartofçuluq rayonudur. İqtisadiyyatında heyvandarlıq da mühüm yer tutur."Şəmkir qum-çınql","Zəyəmkəndmaş"ASC, Zəyəm daş karxanası, Balıq zavodu, üzüm emalı müəssisələri, Şəmkir və Yenikənd su elektrik sransiyalar və s. Sənaye müəssələri var.
Rayonda 81 ümumtəhsil məktəbi, 58 mədəniyyət evi və klub, 73 kitabxana 2 müzey, 21 xəstəxana 71 tarix mədəniyyət abidəsi, 1 yeddi illik uşaq Musiqi məktəbi,  1 Heydər Əliyev Mərkəzi var.

 

12.1 KB