Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Şəmkir

İqtisadiyyat

Respublikanın ən iri aqrar rayonlarından biri olan Şəmkir rayonunun ərazisi 1.66 min kv. km-dir, əhalisi 01.01.2015-ci il tarixə rəsmi qeydiyyatda 206500 nəfərdir.

Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında sənayedə, tikintidə və digər istehsal, ticarət, ictimai-iaşə xidmət sahələrində çalışır. Şəmkir rayonu 1 şəhər,  4 inzibati qəsəbə, (Dəllər, Zəyəm, Çinarlı, Kür) 58 kənd olmaqla  48  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən  və  42  bələdiyyədən ibarətdir.

Əsas iqtisadi göstərici hesab olunan ümumi məhsul buraxılışı dinamik olaraq artmışdır.2014-cü ildə ümumi məhsul buraxılışının həcmi  516790 min manat olmuşdur.Adambaşına düşən məhsul buraxılışının həcmi isə 2503 manat olmuşdur.Sənaye sahələrində 18169 min manatlıq,kənd təsərrüfatında 260000 min manatlıq,tikinti sahəsində 137957 min manatlıq, nəqliyyat və rabitə sahələrində 9014 min manatlıq, ticarət sahələri üzrə 91650 min manatlıq məhsul buraxılışı müəyyən edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Şəmkir rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İcra hakimiyyəti başçısı yanında Şura yaradılmış və əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasları “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq ayda 2 dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqanı olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif tövsiyyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə rayon İcra Hakimiyyəti başçısının sərəncamları verilir.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahəsi aparıcı rol oynayır. Eyni zamanda rayonunun təsərrüfatlarında meyvə, bostan və günəbaxan məhsulları da istehsal olunur.

Cari ilin məhsulu üçün keçən ilin payızında və bu ilin yazında 18576 hek sahədə taxıl əkilmişdir. Onun 13178 hektarı buğda, 5345 hektarı arpa, qalan 53 hektarı isə vələmir bitgisi olmuşdur. Rayon üzrə 1515 ha istixana sahəsindən  keyfiyyətli faraş tərəvəz (pomidor, xiyar) yetişdirilmişdir. 7515 ədəd istilikxananın, 24 ədədi təbii qazla, 1184 ədədi isə yanacaqla təmin edilmişdir. Fermerlərə 26 baş lizinq yolu ilə damazlıq cins mal-qara satılmış və onlardan da 26 baş buzov alınmışdır.   

Şəmkir rayonunun sənayesi yeyinti, elektrik enerjisi və tikinti materiallarının istehsalı və bölüşdürülməsi sahələri ilə təmin olunmuşdur.2015-ci ildə fəaliyyət göstərən 18 sənaye müəssisəsindən 15-i  kiçik müəssisələr olmuşdu. Emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə diqqət artırılmışdır. “Şərq Ulduzu” MMC-ə məxsus ildə 2000 ton üzüm emalı gücünə malik şərab zavodunda 9 növ şərab məhsulu emal edilməklə, şərab məhsullarından konyak spirti də emal edilir. Şəmkir Quşçuluq fabrikası fəaliyyət göstərir. Müəssisədə  gündəlik  300 min ədəd yumurta  istehsal olunur.  Şəmkir rayonunda   Azaqro MMC-yə məxsus sahəsi 2.5 hektar  olan  istilikxana kompleksində İl ərzində  iki milyon  ədət  gül yetişdirilir.                                                                                                         

 

 Şəmkir rayonu üzrə 01.01.2015-ci il tarixə Sosial-iqtisadi göstəricilər.

Sıra № si Göstəricilər Ölçü vahidi 2014-cü il 2013-cü il 2014-cü il 2015-ci ilə nisbətən faiz
1 Payızlıq və yazlıq taxıl hek 18576 22219 83,6
2 Məhsul istehsal olunub ton 54871 85093 64
3 Qarğıdalı (dən üçün) hek 2357 2351 100,2
4 Məhsul istehsal olunub ton 15617 15584 100,2
5 Kartof hek 6406 6397 100,1
6 Məhsul istehsal olunub ton 108947 108350 100,5
7 Tərəvəz hek 6163 6159 100,1
8 Məhsul istehsal olunub ton 122082 121996 100,1
9 Bostan hek 256 254 100,7
10 Məhsul istehsal olunub ton 5752 5673 101,3
11 Günəbaxan (dən üçün) hek 917 592 154,8
12 Məhsul istehsal olunub ton 1541 878 175,5
13 Yer fıstığı hek 38 37 102,7
14 Məhsul istehsal olunub ton 50 49 102
15 Meyvə istehsal olunub ton 60116 60230 99,8
16 Üzüm istehsal olunub ton 21964 21956 100
17 Şum aparılıb hek 25634 28300 90,7
18 İri buynuzlu mal-qara baş 61097 60993 100,1
19 O cüm: Ana mal baş 29185 29132 100,1
20 Qoyun və keçilər baş 288310 285408 101
21 Ət (diri çəkidə) ton 10363 9785 105,9
22 Süd ton 51450 48768 105,4
23 Yumurta min əd 135740 101984 133
24 Yun ton 479,6 476,5 100,6
25 Sənaye məhsulları istehsalının həcmi min man 18169 17938 101,2
26 O cümlədən:Elektrik enerjisi istehsalı min man 9854 9854 104,9
27 Kənd təsərrüfatı məhsullarının həcmi min man 260000 252249 103
28 Nəqliyyat və rabitə xidmətləri min man 9014 7929 113,6
29 Ticarət xidmətlərinin həcmi min man 91650 82804 110,6
30 Ümumi məhsul buraxılışının həcmi min man 516790 566089 91,2
31 Pullu xidmətlərin həcmi min man 74950 69708 107,5
32 Əmtəə dövriyyəsinin həcmi min man 277746 253234 109,6
33 Bir nəfərə düşən orta aylıq əmək haqqı man 312 308 101,2
34 Fərdi yaşayış evləri tikilib istifadəyə verilib ədəd 620 608 101,9
35 Sahəsi kv metr 62810 58868 106,6
36 Dəyəri min man 33775 27584 122,4