Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Göygöl

İqtisadi xarakteristikası

  

Rayonun əsas təsərrüfat fəaliyyətləri taxılçılıq, kartofçuluq, maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və üzümçülük təşkil edir. Orta hesabla ildə 18249 ton taxıl, 8983 ton kartof, 4981 ton tərəvəz, 1558 ton meyvə və gilə meyvə, 2474 ton ət, 20324 ton süd, 277 ton yun, 9521000 ədəd yumurta istehsal olunur. [3] Rayonun iqtisadiyyatında üzümçülük və heyvandarlıq mühüm yer tutur. Mədən sənayesi, çınqıl zavodları, istehsalat və məişət xidməti kombinatları, şərab zavodu və başqa sənaye müəssisələri var.

Rayonda 264 şəxsi müəssisə, bundan 14 kooperativ, 63 MMC, 131 kiçik müəssisə, 56 kəndli fermer təsərrüfatı, 16 dövlət müəssisəsi fəaliyyət göstərir. Dövlət müəssisələri:

Çaykənd qızılbalıq artırma zavodu – qızılbalıq körpəsi yetişdirilir.

Camışçılıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – damazlıq camış saxlanılır.

Ətlik maldarlıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – Hallavey və Zebu cinsindən olan iri buynuzlu mal qara saxlanılır.

Taxıl toxumçuluğu üzrə Bağmanlar Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – taxıl toxumu istehsal olunur.

Qızılca qırma daş zavodu – qırma daş istehsal olunur

 

Şəxsi müəssisə və Səhmdar Cəmiyyətlər.

 

"Aqrosənaye" ASC İstehsal gücü saatda 6000 ədəd butulka olan araq süzmə, istehsal gücü saatda 3000 ədəd butulka olan şərab süzmə, istehsal gücü sutkada 500 dekalitr olan konyak spirti, şampan şərabı sexləri, ümumi sahəsi 3000 m² olan zirzəmiləri vardır. Xammal mənbəyi olan 352 hektar üzüm bağı salınmışdır.

"Azəraqroinvest" MMC – 295 hektar üzüm bağı vardır.

Səmədoğlu şirkəti – 300 baş damazlıq üçün iribuynuzlu mal qara saxlanılır.

ASR şirkəti – Makoron, toyuq əti, yumurta, mineral su, limanad və lambrin istehsal olunur.

Fəhralı sahibkar müəssisəsi – mineral süfrə suyu və limonad istehsal olunur.