Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəmkir Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Gədəbəy

Təsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir.

İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur.

Rayonda kəşf edilmiş (1849) mis filizi əsasında yaradılan (1855-1956) Gədəbəy misəritmə zavodu və Qalakənd (1883) mis əritmə zavodu mövcuddur.

Azərbaycanda ilk su elektrik stansiyasi 1880-ci ildə ve ilk 29 km-lik dəmiryolu 1879-cu ildə bu rayonda tikilmişdir. Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub və istismarı başlamaq üzrədir. Məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər.

Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.

2013-cü il sentyabrın 12-də cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş "Halal Qida" MMC süd və süd məhsulları, kartof məhsulları istehsalı ilə məşğuldur.